...

"Formula 1"in yeni mövsümü iyulun 5-i başlaya bilər

İdman Materials 4 May 2020 08:17 (UTC +04:00)
"Formula 1"in yeni mövsümü iyulun 5-i başlaya bilər

Bakı. Trend:

"Formula 1"in yeni mövsümünün ilk yarışı iyulun 5-i Avstriyada keçirilə bilər.

Trend-in "REN TV"yə istinadən verdiyi məlumata görə, bu barədə "Motorsport" xəbər verir.

Bildirilir ki, mövsümün son yarışı isə dekabr ayında Abu-Dabidə baş tuta bilər.

Həmçinin yeni mövsümdə "Formula 1" Şimali Amerikada da keçirilməlidir. Belə ki, oktyabr ayının sonlarında ABŞ-ın Ostin ştatında və Meksikanın Mexiko şəhərində "Formula 1" mərhələlərinin keçirilməsi planlaşdırılır. Kanada mərhələsinin də oktyabr ayında keçirilməsi mümkündür. Lakin bu barədə müsbət qərarın əsas amili hava şəraiti olacaq.

Qeyd edək ki, mövsümün başlanğıcı koronavirus pandemiyası səbəbilə təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti