Bakı. Trend:
Mayın 14-də AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.
Trend-in məlumatına görə, saat 12.00-da başlayacaq iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcək.
Toplantıda klubların məşqlərə başlaması, həmçinin Azərbaycan Premyer Liqası və I Divizionunun mümkün bərpasının müzakirə olunacağı gözlənilir.