...

"Yuventus" Ronaldonun qolları sayəsində "Latsio"nu məğlub etdi

İdman Materials 21 İyul 2020 03:52 (UTC +04:00)
"Yuventus" Ronaldonun qolları sayəsində "Latsio"nu məğlub etdi

Bakı. Trend:

Futbol üzrə İtaliya çempionatının 34-cü turu çərçivəsində Turin şəhərinin "Yuventus" klubu pataxt Romanın təmsilçiləri "Latsio"nu qəbul edib.

Trend-in məlumatına görə, oyun Turin təmsilçilərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Yuventus"un heyətində qolları Kriştiano Ronaldo vurub, rəqib komandanın yeganə qolunun müəllifi isə Çiro İmmobile olub.

Qeyd edək ki, K.Ronaldo İtaliya çempionatının 30 oyununda 30 qol vurub və bu göstəricidə siyahını lideri Ç.İmmobileyə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti