...

Bottas "Formula-1" üzrə Bəhreyn Qran Prisinin təsnifat mərhələsinin qalibi oldu

İdman Materials 5 Dekabr 2020 23:23 (UTC +04:00)
Bottas "Formula-1" üzrə Bəhreyn Qran Prisinin təsnifat mərhələsinin qalibi oldu

Bakı. Trend:

"Formula-1" üzrə Bəhreyn Qran Prisinin təsnifat mərhələsinin qalibi müəyyənləşib.

Trend-in məlumatına görə, yarışı birinci yerdə "Mercedes" komandasının finlandiyalı pilotu Valtteri Bottas başa vurub.

Onun komanda yoldaşı britaniyalı Corc Rassel (Lyuis Heniltonu əvəz edir) ikinci yeri, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen isə üçüncü yeri tutub.

Qeyd edək ki, Qran Prinin əsas yarışı sabah saat 21:10-da baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti