...

"Mançester Siti" və "Real" Çempionlar Liqasının yarımfınalına yüksəlib

İdman Materials 15 Aprel 2021 01:32 (UTC +04:00)
"Mançester Siti" və "Real" Çempionlar Liqasının yarımfınalına yüksəlib

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində daha iki oyun keçirilib.

Trend-in məlumatına görə, Almaniyanın "Borussiya" klubu öz meydanında İngiltərənin "Mançester Siti" klubunu qəbul edib.

İngiltərə təmsilçisi səfərdə 2:1 hesabı ilə qələbə qazanıb. "Mançester Siti"nin heyətində qolları Riyad Marez (55-ci dəqiqə, penalti) və Fil Foden (75) vurublar. "Borussiya"dan yeganə qolu Cud Bellinqem vurub (15).

Beləliklə, İngiltərə komandası iki oyunun nəticələrinə görə turnirin növbəti mərhələsinə adladı.

Digər oyunda İngiltərənin "Liverpul" klubu İspaniyanın "Real" klubunu qəbul edib. Oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

İlk oyun 3:1 hesabı ilə "Real" ın qələbəsi ilə başa çatıb. Beləliklə, hər iki oyunun nəticələrinə əsasən yarımfinala "Real" yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti