...

"Lil" Fransa futbol çempionatında "Lion"a qalib gələrək liderliyini qorudu

İdman Materials 26 Aprel 2021 04:41 (UTC +04:00)
"Lil" Fransa futbol çempionatında "Lion"a qalib gələrək liderliyini qorudu

Bakı. Trend:

"Lil" Fransa futbol çempionatının 34-cü turunun oyununda səfərdə "Lion"u 3:2 hesabı ilə məğlub etdi.

Trend xəbər verir ki, qolları qalib komanda tərəfdən Burak Yılmaz (45+1, 85-ci dəqiqələr) və Conatan Devid (60), "Lion"dan isə İslam Slimani (20) vurublar. Qollardan birini "Lil"in futbolçusu Joze Fonte öz qapısından keçirib (35).

Turnir cədvəlində "Lil" 73 xalla birinci, "PSJ" 72 xalla ikinci və "Monako" 71 xalla üçüncü yerdədirlər. "Lion" 67 xal toplayaraq dördücü pillədə qərarlaşıb.

Növbatı turun oyununda "Lil" mayın birinci günü "Nitsa"nı qəbul edəcək. "Lion" mayın 2-də "Monako" ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti