...

Mİlli Gimnastika Arenasında fərdi proqramda kişilər və qarışıq cütlük arasında qaliblər mükafatlandırılıb (FOTO)

İdman Materials 23 May 2021 17:37 (UTC +04:00)
Mİlli Gimnastika Arenasında fərdi proqramda kişilər və qarışıq cütlük arasında qaliblər mükafatlandırılıb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının kişilər (15-17 yaş) və qarışıq cütlüklər (12-14 yaş) arasında qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, kişilər arasında Danila Kudinov (Rusiya) qızıl, Kirill Klimov (Rusiya) gümüş, Leonard Manta (Rumıniya) bürünc medalla mükafatlandırılıb.

Qarışıq cütlüklər arasında Rusiya 1 komandası qızıl, Rusiya 2 komandası gümüş, Portuqaliya komandası isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının final günü keçirilir.

Yarışların üçüncü günündə fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramları üzrə finallar keçirilir.

Yarış gününün sonunda bağlanış mərasimi baş tutacaq. Qeyd edək ki, yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti