Bakı. Trend:
Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatı sona yaxınlaşır.
Trend-in Azərbaycan Güləş Federasiyasına istinadən məlumatına görə, altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Nihat Məmmədli ilk görüşdə erməni rəqibinə gücünü göstərib.
Həsrət Cəfərov 1/8 finalda Macarıstan güləşçisini cəmi 1 dəqiqə 35 saniyəyə xalçadan məyus yola salıb. Xasay Həsənli Çexiya idmançısına elə ilk hissədə qalib gələrək yarışa inamlı start verib. Murad Əhmədiyev debütdə Gürcüstan güləşçisinə məğlub olub.
60 kq
1/8 final: Nihat Məmmədli - Davit Jotyan (Ermənistan) 3:1
1/4 final: Nihat Məmmədli - Numan Bayram (Almaniya)
67 kq
1/8 final: Həsrət Cəfərov - Adam Pohileç (Macarıstan) 8:0
1/4 final: Həsrət Cəfərov - Nikolay Dzezov (Bolqarıstan)
72 kq
Təsnifat: Xasay Həsənli - İvo Sviqler (Çexiya) 9:0
1/8 final: Xasay Həsənli - İqor Botez (Rumıniya)
82 kq
Təsnifat: Murad Əhmədiyev - Yaqo Qobadze (Gürcüstan) 0:9