...

Bu günə qədər idman zallarında ciddi qayda pozuntusuna rast gəlinməyib - Nazirlik

İdman Materials 6 İyul 2021 15:19 (UTC +04:00)
Bu günə qədər idman zallarında ciddi qayda pozuntusuna rast gəlinməyib - Nazirlik

Bakı. Elçin Mehdiyev – Trend:

İdman zallarında koronavirusla bağlı qaydalara riayət olunması ilə bağlı müntəzəm monitorinqlər aparılır.

Bunu Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev deyib.

Q.Mehdiyev bildirib ki, nazirliyin rayon və şəhər idarələrinə tapşırıq verilib: “Nazirliyin bütün rayon və şəhər idarələri məsul olduqları ərazi üzrə idman zallarında müntəzəm monitorinqlər keçirir və pandemiya ilə bağlı qaydalara riayət olunmasına nəzarət edirlər”.

Q.Mehdiyev bildirib ki, bu günə qədər ciddi qayda pozuntusuna rast gəlinməyib: “İdman zalları müvafiq qaydalara riayət edir, hər hansı ciddi nöqsan aşkar edilməyib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti