...

Argentina və Braziliya yığmaları futbol üzrə Amerika Kubokunun finalında oynayacaq

İdman Materials 7 İyul 2021 08:15 (UTC +04:00)
Argentina və Braziliya yığmaları futbol üzrə Amerika Kubokunun finalında oynayacaq

Bakı. Trend:

Futbol üzrə Amerika Kubokunun yarımfinalında Argentina yığması Kolumbiyanı məğlub edib.

Trend-in məlumatına görə, Braziliyada keçirilən turnir əsas vaxtda 1:1 hesabı ilə başa çatıb.

Yarışın qaydalarına görə, oyunun 90 dəqiqəsindən sonra heç-heçə olması halında, penaltı seriyası təyin edilir. Argentina yığmasının heyətində qolu Lautaro Martines (7-ci dəqiqə) vurub, Kolumbiyadan Luiş Dias (61) fəqrlənib. Penaltilər seriyasında argentinalılar 3:2 hesabı ilə qalib gəlib.

Finalda Argentina millisi Braziliya komandası ilə qarşılaşacaq. Oyun iyulun 11-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti