...

Çox xoşbəxt və qürurluyuq - Roberto Mançini

İdman Materials 12 İyul 2021 10:01 (UTC +04:00)
Çox xoşbəxt və qürurluyuq - Roberto Mançini

Bakı. Trend:

Biz buna layiq idik. Çox xoşbəxt və qürurluyuq. İtaliyaya fəxr edəcəkləri bir ay yaşatdıq. Bu çempionluğu bütün italyanlara həsr edirik.

Trend-in məlumatına görə, bunu AVRO-2020-nin qalibi olan İtaliya millisinin baş məşqçisi Roberto Mançini deyib.

O, İngiltərəyə qarşı final matçından sonra bunları deyib: "Bu gün Uşaqlar möhtəşəm idi. Onlara sözüm yoxdu, bu, möhtəşəm heyətdi.

Futbol həmişə çətindi, rəqibin erkən qolundan sonra isə daha da çətin olmağa başladı. Ancaq biz dominantlıq edə bildik.

Penaltilər seriyasında azacıq bəxtə də etiyacınız var. İngiltərə üçün bir qədər məyusam, onlar da əla turnir keçirdilər".

Qeyd edək ki, Londonun "Uembli" stadionunda keçirilən İtaliya-İngiltərə matçının əsas və əlavə vaxtında qalib müəyyənləşməyib, hesab 1-1 başa çatıb. Penaltilər seriyasında 3-2 üstün olan italyanlar 53 il sonra yenidən Avropanın ən güclüsü adını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti