...

"Neftçi" bu gün "Olimpiakos"la cavab oyunu oynayacaq

İdman Materials 28 İyul 2021 14:41 (UTC +04:00)
"Neftçi" bu gün "Olimpiakos"la cavab oyunu oynayacaq

Bakı. Trend:

Neftçi” Uefa Çempionlar Liqasının II təsnifat mərhələsində cavab görüşünə hazırlaşır.

Trend xəbər verir ki, Samir Abasovun komandası Yunanıstanda 0:1 hesabilə uduzduğu “Olimpiakos”u bu dəfə “Bakcell Arena”da qəbul edəcək.

Xatırladaq ki, “Neftçi”nin heyətində Namiq Ələsgərov zədə, Mert Çelik isə qırmızı vərəqəylə cəzalandığına görə meydana çıxa bilməyəcək. Baş məşqçi Samir Abasov görüşdən əvvəl media nümayəndələri önünə çıacaq yaxşı oyunla qələbə qazanmaq istədiklərini deyib.

Bakı vaxtilə 21:00-da başlanan “Neftçi” – “Olimpiakos” görüşündə Rikardo De Burqo Benqoeçeanın rəhbərlik etdiyi ispaniyalı hakimlər briqadası ədaləti qoruyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti