...

Bakıda akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı start götürüb (FOTO)

İdman Materials 24 Fevral 2022 12:37 (UTC +04:00)
Bakıda akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı start götürüb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Fevralın 24-də Bakı Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı start götürüb.

Trend-in məlumatına görə, yarışlar fevralın 25-dək davam edəcək.

Yarışların ilk günündə idmançılar temp və balans hərəkətləri nümayiş etdirəcəklər.

Qeyd edək ki, fevralın 24-25-də Milli Gimnastika Arenasında keçiriləcək akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatında “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, “Neftçi” İdman Klubu, Sumqayıt Olimpiya İdman Kompleksi və Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini 41 idmançı təmsil edəcək.

İki günlük yarışlarda qadın cütlükləri (balacalar - 2007-2016; yeniyetmələr - 2004-2010; böyüklər - 2007-ci il və daha böyük), kişi cütlükləri (yeniyetmələr - 2004-2010; böyüklər - 2007-ci il və daha böyük), qarışıq cütlüklər (yeniyetmələr - 2004-2010; böyüklər - 2007-ci il və daha böyük) və qadın qrupları (balacalar-2007-2016; yeniyetmələr-2004-2010; gənclər-2003-2009) medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaqlar.

Yarışlar Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçiriləcək.

Yarışları www.gymtv.online (https://gymtv.online/) internet səhifəsindən canlı izləyə bilərsiniz.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti