...

Konor Makqreqor "Çelsi"ni almağı düşünür

İdman Materials 3 Mart 2022 04:55 (UTC +04:00)
Konor Makqreqor "Çelsi"ni almağı düşünür

Bakı. Trend:

İki çəki dərəcəsində UFC çempionu Konor Makqreqor Londonun “Çelsi” klubunu almaqda maraqlı olduğunu bildirib.

Trend-in məlumatına görə, bu barədə K.Makqreror öz "Twitter" səhifəsində yazıb.

"Mən bunu, "Çelsi"ni, nəzərdən keçirmək istəyirəm", - deyə idmançı yazıb.

Qeyd edək ki, Rusiyalı iş adamı Roman Abramoviç "Çelsi"ni satmaq qərarını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti