...

"Real Madrid" və "Mançester Siti" UEFA Çempionlar liqasının 1/4 finalına yüksəliblər

İdman Materials 10 Mart 2022 01:54 (UTC +04:00)
"Real Madrid" və "Mançester Siti" UEFA Çempionlar liqasının 1/4 finalına yüksəliblər

Bakı. Trend:

Martın 10-da futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki görüş baş tutub.

Trend xəbər verir ki, İspaniyanın “Real Madrid” və Fransanın “PSJ” klubları arasında keçirilən oyunda hesabı qonaqlar açıb. Fransızların heyətində 39-cu dəqiqədə Kilian Mbappe fərqlənib. Lakin 61-ci, 76-cı və 78-ci dəqiqələrdə fərqlənən Kərim Benzema "kral klubunun" 3:1 hesablı qələbəsini rəsmiləşdirib. Bununlada ilk matçda rəqibinə 1:0 hesabı ilə qalib gəlsə də, "PSJ" turnirlə vidalaşmalı olub.

Gecənin digər matçında İngiltərənin “Mançester Siti” klubu evdə Portuqaliyanın "Sportinq" komandasını sınağa çəkib. Səfərdəki ilk görüşdə 5:0 hesablı qələbə qazanan “şəhərlilər” evdə qolsuz heç-heçə edərək, dörddəbir finala keçiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti