...

Mixael Şumaxerin oğlu Qran Pri zamanı qəzaya uğrayıb

İdman Materials 27 Mart 2022 03:34 (UTC +04:00)

Bakı. Trend:

"Haas" komandasının sürücüsü Mik Şumaxer "Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran Prisinin seçmə mərhələsi zamanı qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə "Formula 1" Twitter səhifəsində bildirilib.

"Formula 1" üzrə yeddiqat çempionu Mixael Şumaxerin oğlu döngələrin birində hasara çırpılıb. Bundan sonra yarış dayandırılıb.

Pilot avtomobili özü tərk edə bilib, ona həkim briqadası yardım göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti