Bakı. Trend:
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Trend xəbər verir ki, toplantıda Premyer Liqamızın 23-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar verilib.
“Qəbələ” – “Sumqayıt” oyunun 90+3-cü dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun şərti olmaqla, 5 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.