...

"Real Madrid" Çempionlar Liqasının finalına yüksəlib

İdman Materials 5 May 2022 01:44 (UTC +04:00)
"Real Madrid" Çempionlar Liqasının finalına yüksəlib

Bakı. Trend:

İspaniyanın “Real Madrid” futbol klubu Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda İngiltərənin “Mançester Siti” komandasına qalib gələrək turnirin finalına yüksəlib.

Trend-in məlumatına görə, görüş Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçirilib. Oyun 3:1 hesabı ilə başa çatıb.

“Mançester Siti”nin heyətində Riyad Mahrez fərqlənib (73-cü dəqiqə). Rodriqo (90, 90+2), Kərim Benzema (95) "Real Madrid"in heyətində qol vurublar. Komandalar arasında ilk oyun 4:3 hesabı ilə “Mançester Siti”nin xeyrinə başa çatıb.

Finalda "Real Madrid" "Liverpul"la qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti