Bakı. Trend:
İyunun 7-də Almaniya və İngiltərə milli komandaları arasında Millətlər Liqasının A qrupunun ikinci turunun görüşü başa çatıb.
Trend-in məlumatına görə, Almaniyanın Münhen şəhərindəki "Allianz Arena" stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Hesabı almaniyalı yarımmüdafiəçi Yonas Hofmann açıb. 88-ci dəqiqədə İngiltərə millisinin hücumçusu Harri Keyn penalti zərbəsini yerinə yetirərək hesabı bərabərləşdirib.
Paralel keçirilən görüşdə İtaliya millisi Macarıstanı 2:1 hesabı ilə məğlub edib.
Beləliklə, dörd xal toplayan İtaliya yığması turnir cədvəlinə başçılıq edir.