Bakı. Trend:
"AlphaTauri" komandasının pilotu Yuki Tsunoda bildirib ki, Bakıdakı köhnə binalardan həzz alır.
Trend xəbər verir ki, yaponiyalı pilot keçən il Bakıda ilk dəfə yarışsa da, xal qazana bilib.
Yuki Tsunoda deyib ki, Bakıda pis heç nə yoxdur. "Xüsusilə ikinci sektordakı köhnə binalardan həzz alıram. Sadəcə düzlükdə yox, başqa yerlərdə də ötmə etmək üçün fürsətlər var. Ümid edirəm ki, təmiz həftəsonu keçirib xallar qazana bilərəm. Komandanın yaxşı nəticəyə ehtiyacı var”, - deyə o əlavə edib.
Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir. Yarışlarda 10 komanda iştirak edir. Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb.
Bu gün start götürən Formula 1 Azərbaycan Qran Prisi iyunun 12-dək davam edəcək.