...

Azərbaycanın qılıncoynatma üzrə yığma komandası İslamiadanın qızıl medalını qazanıb

İdman Materials 17 Avqust 2022 21:32 (UTC +04:00)
Azərbaycanın qılıncoynatma üzrə yığma komandası İslamiadanın qızıl medalını qazanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Konya. Trend:

Qılıncoynatma üzrə Azərbaycan yığması V İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.

Trend xəbər verir ki, Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət komanda İran yığmasına 45:35 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti