...

Çimərlik futbolu üzrə Azərbaycan millisi Ukrayna yığması ilə qarşılaşıb

İdman Materials 30 Avqust 2022 22:13 (UTC +04:00)
Çimərlik futbolu üzrə Azərbaycan millisi Ukrayna yığması ilə qarşılaşıb

Bakı. Trend:

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Dünya Çimərlik Oyunlarının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirib.

Trend xəbər verir ki, İtaliyanın Katanya şəhərində oynanılan Ukrayna – Azərbaycan qarşılaşması 5:4 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Millimizin qollarını Orxan Məmmədov, Kamil Hüseynov, Ramil Əliyev və Amid Nəzərov vurublar.

Qeyd edək ki, digər qruplarda qeydə alınacaq nəticələrdən asılı olaraq, millimizin növbəti mərhələyə vəsiqə qazanıb-qazanmayacağı məlum olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti