...

Ronaldo dünyada daha bir ilkə imza atıb

İdman Materials 21 Noyabr 2022 17:48 (UTC +04:00)
Ronaldo dünyada daha bir ilkə imza atıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Portuqaliyalı futbolçu, "Mançester Yunayted" klubunun hücumçusu Kriştiano Ronaldo "Instagram" sosial şəbəkəsində izləyicilərinin sayı 500 milyona çatan ilk şəxs olub.

Trend bu barədə bu gün Qərb KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, 37 yaşlı Ronaldonun izləyicilərinin sayı təkcə 2022-ci ildə 100 milyon nəfər artıb.

Portuqaliya hazırda Qətərdə davam edən dünya çempionatında iştirak edir. Komanda ilk oyununu noyabrın 24-də Qanaya qarşı keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti