...

İngiltərə - ABŞ oyunu qolsuz heç-heçə ilə başa çatıb

İdman Materials 26 Noyabr 2022 01:00 (UTC +04:00)
İngiltərə - ABŞ oyunu qolsuz heç-heçə ilə başa çatıb

Bakı. Trend:

Qətərdə keçirilən dünya çempionatında İngiltərə və ABŞ yığmaları arasında B qrupunun II tur oyununda qalib müəyyənləşməyib.

Trend xəbər verir ki, komandaların qol vurmaq üçün bir neçə imkanı olsa da, qarşılaşmada hesab açılmayıb.

Beləliklə, ilk 2 turdan sonra britaniyalılar 4 xalla qrupa başçılıq edir. 3 xalı olan İran yığması ikincidir. ABŞ 2 xalla 3-cü, Uels isə 1 xalla sonuncudur.

Xəbər lenti

Xəbər lenti