...

DÇ-2022: Portuqaliya millisi İsveçrə komandasını darmadağın edərək 1/4 final mərhələsinə yüksəldi (VİDEO)

İdman Materials 7 Dekabr 2022 00:53 (UTC +04:00)
DÇ-2022: Portuqaliya millisi İsveçrə komandasını darmadağın edərək 1/4 final mərhələsinə yüksəldi (VİDEO)

Bakı. Trend:

Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının 1/8 final mərhələsində növbəti oyun baş tutub.

Trend xəbər verir ki, Portuqaliya və İsveçrə yığmalarının qarşılaşdığı matçda Portuqaliya millisi 6:1 hesablı qələbə qazanıb.

Portuqaliyanın heyətində qolları Q.Ramoş (17, 51 və 67-ci dəqiqələr), Pepe (33), R.Herreyro (55) və R.Leau (90+2) vurublar. İsveçrənin yeganə qolunu isə 58-ci dəqiqədə M.Akanji vurub.

Beləliklə, Portuqaliya millisi 1/4 final mərhələsinə yüksəlib. 1/4 final mərhələsində Portuqaliyanın rəqibi Mərakeş millisi olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti