Bakı. Trend:
Bakı İdman Sarayında keçirilən Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə yarışlara yekun vurulub.
Trend xəbər verir ki, yarışın ikinci günündə - dekabrın 21-də 60, 67, 77, 87 və 130 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.
Yarışda Nihat Məmmədli (60 kq), Həsən Məmmədli (67 kq), Azad Əliyev (77 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Beka Kandelaki (130 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, dekabrın 22-də 57, 65, 74, 86 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar.