...

"Əl-Nəsr" klubu yeni transferi Kriştiano Ronaldonu təqdim edib

İdman Materials 4 Yanvar 2023 01:43 (UTC +04:00)
"Əl-Nəsr" klubu yeni transferi Kriştiano Ronaldonu təqdim edib

Bakı. Trend:

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu yeni transferi Kriştiano Ronaldonu təqdim edib.

Trend-in məlumatına görə, təqdimatda 37 yaşlı hücumçu və komandanın baş məşqçisi Rudi Qarsiya çıxış ediblər.

Ronaldo bir çox klubdan təklif aldığını, ancaq "Əl-Nəsr"i seçdiyini deyib. O, düzgün qərar verdiyindən əmin olduğunu bildirib.

Qeyd edək ki, portuqaliyalı futbolçu "Əl-Nəsr"lə ikiillik müqavilə imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti