...

Messi sosial şəbəkə hesabının dünya çempionatını qazandıqdan sonra bloklandığını açıqlayıb

İdman Materials 31 Yanvar 2023 06:39 (UTC +04:00)
Messi sosial şəbəkə hesabının dünya çempionatını qazandıqdan sonra bloklandığını açıqlayıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Argentina millisinin kapitanı Lionel Messi 2022-ci ildə Qətərdə keçirilən Dünya Çempionatını qazandıqdan sonra sosial media hesabının bloklandığını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə L.Messi "Marca" qəzetinə açıqlamasında bildirib.

"Bir milyon mesajım var idi və nəticədə məni blokladılar. Elə mesajlar var idi ki, oxumağa belə vaxtım olmadı. Digər idmançılardan belə münasibət çox xoşdur. Fotolara cavab yazmağı, şərh yazmağı çox sevmirəm, bacardıqca bəyənmələr qoyuram", - deyə L.Messi bildirib.

Xatırladaq ki, ötən il dekabrın 18-də dünya çempionatının finalında Argentina millisi Fransa komandasına qalib gələrək dünya çempionu tituluna sahib olub.

Lionel Messi turnirin ən yaxşı oyunçusu seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti