...

Messi FİFA tərəfindən ilin ən yaxşı oyunçusu seçilib

İdman Materials 28 Fevral 2023 01:50 (UTC +04:00)
Messi FİFA tərəfindən ilin ən yaxşı oyunçusu seçilib

Bakı. Trend:

Argentinalı hücumçu Lionel Messi Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən 2022-ci ilin ən yaxşı futbolçu seçilib.

Trend-in məlumatına görə, mükafatlandırma mərasimi Parisdə keçirilir.

2022-ci ildə L.Messi Argentina milli komandası ilə dünya çempionatının və Finalissimanın (Avropa çempionu ilə Amerika Kubokunun qalibi arasında matç) qalibi oldu. "Pari Sen-Jermen"in heyətində 35 yaşlı argentinalı futbolçu Fransa çempionatının və ölkə Superkubokunun qalibi olub. L.Messi daha əvvəl 2019-cu ilin sonunda oxşar FİFA mükafatını almışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti