...

İngiltərə Avro-2024-ün seçmə mərhələsində İtaliyaya qalib gəlib

İdman Materials 24 Mart 2023 01:53 (UTC +04:00)
İngiltərə Avro-2024-ün seçmə mərhələsində İtaliyaya qalib gəlib

Bakı. Trend:

İngiltərə millisi Avro-2024-ün seçmə mərhələsində İtaliya komandasına qalib gəlib.

Trend-in məlumatına görə, Neapolda baş tutan görüş 2:1 hesabı ilə başa çatıb.

İngiltərə yığmasının heyətində Deklan Rays və Harri Keyn qol vurublar. İtaliya millisinin heyətində ilk oyununu keçirən Mateo Reteqi fərqlənib. Final fitinə 10 dəqiqə qalmış İngiltərə millisinin futbolçusu Luke Şou ikinci sarı vərəqə alaraq meydanı tərk edib.

Xəbər lenti

Xəbər lenti