...

“Fənərbağça” Türkiyə kubokunun qalibi oldu

İdman Materials 12 İyun 2023 03:05 (UTC +04:00)
“Fənərbağça” Türkiyə kubokunun qalibi oldu

Bakı. Trend:

“Fənərbağça” Türkiyə Kubokunun finalında “İstanbul Başakşehir”ə qalib gəlib.

Trend xəbər verir ki, İzmirdə keçirilən oyun “Fənərbağça”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Final oyununun qəhrəmanı dubla imza atan Mişi Batşuayi olub. Belçikalı hücumçu 18 yaşlı Arda Gülərin ötürməsi ilə artıq matçın ilk dəqiqəsində ilk qolu vurub. Qarşılaşmanın 29-cu dəqiqəsində Batşuayi komandasının hesabdakı üstünlüyünü ikiqat artırıb.

Beləliklə, “Fənərbağça” tarixində 7-ci Türkiyə Kubokunu qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti