...

Xəyal Əliyev III Avropa Oyunlarında bürünc medal qazanıb (FOTO)

İdman Materials 26 İyun 2023 18:30 (UTC +04:00)
Xəyal Əliyev III Avropa Oyunlarında bürünc medal qazanıb (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Polşa. Trend:

Azərbaycan idmançısı Xəyal Əliyev Polşada keçirilən III Avropa Oyunlarının muaytay yarışlarında bürünc medal qazanıb.

Trend xəbər verir ki, X.Əliyev (67 kq) polşalı Oskar Siqert ilə qarşılaşıb. Üçüncü raundda nokdauna düşən idmançımız mübarizəni dayandırıb. O, Avropa Oyunlarının bürünc mükafatını qazanıb.

Yarışda daha iki idmançımız rinqə çıxacaq. Aysun Dərvişovanın (57 kq) rəqibi İsveç təmsilçisi Patrisiya Axlinq olacaq.

Emiliya Rzayeva (63,5 kq) isə həlledici döyüşə vəsiqə uğrunda Tereza Steçova (Çexiya) üzərində qələbə qazanmalıdır.
Məğlub olanlar bürünc qazanacaq. Qaliblərin iştirak edəcəyi final döyüşləri sabah keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti