Bakı. Trend:
Azərbaycan boksçusu Sərxan Əliyev (71 kq) Polşada keçirilən III Avropa Oyunlarında ikinci qarşılaşmasına çıxıb.
Trend-in məlumatına görə, dünya çempionatının mükafatçısı səkkizdəbir finalda Gürcüstan təmsilçisi Eskerxan Madiyev ilə üz-üzə gəlib. Rəqibini 3:2 (27:29, 29:27, *28:28, *28:28, 27:29) hesabı ilə məğlub edən S.Əliyev dörddəbir finala vəsiqə qazanıb. O, dörddəbir final döyüşünə iyunun 28-də çıxacaq.
Xatırladaq ki, S.Əliyev ilk görüşdə slovakiyalı Mixal Takacsi mübarizədən kənarlaşdırıb.