...

Cüdo millimizdən uğurlu start - Avropa Oyunları (FOTO)

İdman Materials 1 İyul 2023 12:42 (UTC +04:00)
Cüdo millimizdən uğurlu start - Avropa Oyunları (FOTO)

Polşa. Trend:

Cüdo üzrə Azərbaycan millisi Polşada keçirilən III Avropa Oyunlarına qələbə ilə başlayıb.

Trend-in məlumatına görə, Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Camal Qamzatxanov, İmran Yusifov (hər ikisi +90 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva, Günel Həsənli (hər ikisi 70 kq), Nərmin Əmirli və Nigar Süleymanovadan (hər ikisi +70 kq) ibarət kollektiv qarışıq komanda yarışlarında ilk görüşünü 1/16 finalda Çexiyaya qarşı keçirib.

Rəqibinə 4:1 hesabı ilə qalib gələn Azərbaycan yığması 1/8 finalda Fransa seçməsinə rəqib olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti