...

Azərbaycanın çimərlik futbolu yığması 5-ci yerdə qərarlaşıb - Avropa Oyunları

İdman Materials 1 İyul 2023 17:40 (UTC +04:00)
Azərbaycanın çimərlik futbolu yığması 5-ci yerdə qərarlaşıb - Avropa Oyunları

Bakı. Trend:

Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada təşkil olunan III Avropa Oyunlarında çıxışını başa vurub.

Trend-in yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, yığma 5-ci yer uğrunda görüşdə Moldova seçməsi ilə qarşılaşıb.

Rəqibinə 4:2 hesabı ilə qalib gələn Azərbaycan millisi 5-ci pilləni tutub.

Yığmanın heyətində Amid Nəzərov, Sabir Allahquliyev, Ramil Əliyev və Fuad Hüseynov fərqləniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti