...

Avropa Oyunları: Azərbaycan idmançıları bu gün 3 növdə yarışacaqlar

İdman Materials 2 İyul 2023 09:01 (UTC +04:00)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan idmançıları Polşada təşkil olunan III Avropa Oyunlarında bu gün 3 növdə mübarizə aparacaqlar.

Trend xəbər verir ki, ölkə təmsilçiləri atıcılıq, kikboksinq və boksda qüvvələrini sınayacaqlar.

Atıcılıq

Trap. Təsnifat mərhələsi. Qadınların komanda yarışları. Saat 11:00

Azərbaycan (Aydan Camalova, Ülviyyə Eyvazova və Alina Rafixanova)

Kikboksinq

Kişilər: Final (63,5 kq, full kontakt) - saat 13:15

Fərid Ağamoğlanov - Damiano Tramontana (İtaliya)

Boks

Kişilər: Final (+92 kq) - saat 16:15

Məhəmməd Abdullayev - Delişes Ori (Böyük Britaniya)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti