...

Azərbaycan komandasının III Avropa Oyunlarının bağlanış mərasimindəki bayraqdarı bilindi

İdman Materials 2 İyul 2023 17:44 (UTC +04:00)
Azərbaycan komandasının III Avropa Oyunlarının bağlanış mərasimindəki bayraqdarı bilindi

Bakı. Trend:

III Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan idman nümayəndə heyətinin bayraqdarı məlum olub.

Trend-in məlumatına görə, bu vəzifəni Oyunların gümüş medalçısı və Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziyaçısı, boksçu Məhəmməd Abdullayev yerinə yetirəcək.

Qeyd edək ki, açılış mərasimində Azərbaycanın bayraqdarı kamandan oxatma növü üzrə yarışan Yaylagül Ramazanova və qılıncoynadan Barat Quliyev olmuşdular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti