...

III Avropa Oyunlarında iştirakını başa vurmuş idmançılarımız Vətənə geri dönüb (FOTO)

İdman Materials 4 İyul 2023 04:27 (UTC +04:00)
III Avropa Oyunlarında iştirakını başa vurmuş idmançılarımız Vətənə geri dönüb (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Polşada təşkil olunan III Avropa Oyunlarında iştirakını başa vurmuş idmançılarımız Vətənə qayıdıb.

Trend xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, ölkəmizi Avropa Oyunlarında 86 idmançı 13 növdə təmsil edib.

Azərbaycan idmançıları III Avropa Oyunlarını 11 medalla başa vurub. Bunun 3-ü qızıl, 2-si gümüş və 6-sı bürünc əyarlıdır. Komandamız ümumi hesabda isə 24-cü yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti