...

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Moldova yığması ilə qarşılaşıb

İdman Materials 6 İyul 2023 01:04 (UTC +04:00)
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Moldova yığması ilə qarşılaşıb

Bakı. Trend:

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Trend xəbər verir ki, Su İdmanı Sarayının ərazisindəki çimərlik futbolu meydançasında Moldova yığması ilə qarşılaşma 3:2 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Komandamızın heyətində Elçin Qasımov və Kamran Qürbətov fərqlənib.

Millimiz seçmə mərhələdə növbəti oyununu Estoniya yığmasına qarşı keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti