...

Norveçli idmançı 2000 m məsafəyə qaçışda rekorda imza atıb

İdman Materials 9 Sentyabr 2023 00:07 (UTC +04:00)
Norveçli idmançı 2000 m məsafəyə qaçışda rekorda imza atıb

Bakı. Trend:

Yüngül atletika üzrə Norveçli idmançı Yakob İnqebriqtsen 2000 m məsafəyə qaçışda yeni dünya rekorduna imza atıb.

Trend-in məlumatına görə, yarış Brüsseldə keçirilir.

Y.İngebriqtsen məsafəni 4 dəqiqə 43,13 saniyəyə qət edib.

Bundan əvvəlki dünya rekordu (4 dəqiqə 44,79 saniyə) mərakeşli Hişam əl-Qerruja məxsus olub və 1999-cu ildə qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti