...

Kəmər güləşi üzrə 3-cü Avropa çempionatına start verilib (FOTO)

İdman Materials 2 Oktyabr 2023 17:10 (UTC +04:00)
Kəmər güləşi üzrə 3-cü Avropa çempionatına start verilib (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 2-də ölkəmizdə kəmər güləşi üzrə 3-cü Avropa çempionatına start verilib.

Trend xəbər verir ki, mərasimdə əvvəlcə iştirakçı ölkələrin bayraqları nümayiş etdirilib.

Tədbirin açılış mərasimində Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Beynəlxalq Kəmər Güləşi Assosiasiyasının baş katibi Xabir Xabibullin çıxış edərək idmançılara uğurlar arzulayıblar.

Ardınca Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonda gimnastika və milli güləş növlərinə aid nümunəvi hərəkətlər nümayiş olunub.

Qeyd edək ki, yarışın ilk günündə kişilər arasında 57 kq, 62 kq, 68 kq, 75 kq, 82 kq, 90 kq, 100 kq, 100+ kq, qadınlar arasında 52 kq, 58 kq, 66 kq, 76 kq, 76+kq, çəki dərəcələri üzrə qaliblər müəyyənləşəcək. Turnirdə 20 ölkədən 150 güləşçi medallar uğrunda mübarizə aparır. Azərbaycanın kəmər güləşi üzrə milli yığma komandası yarışda 32 kişi və 10 qadın idmançı ilə təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti