...

Qadın şahmatçılarımız Avropa çempionatında tarixi uğura imza atıb

İdman Materials 21 Noyabr 2023 00:43 (UTC +04:00)
Qadın şahmatçılarımız Avropa çempionatında tarixi uğura imza atıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında sonuncu IX turun oyunları keçirilib.

Trend-in məlumatına görə, qadın şahmatçılardan ibarət Azərbaycan yığması son turda Serbiyanı məğlub edib.

Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva öz görüşlərini qələbə ilə başa vurublar. Birinci lövhədə çıxış edən Günay Məmmədzadə isə məğlub olub. Yekunda 3-1 hesablı qələbə qazanan Azərbaycan komandası tarixdə ilk dəfə Avropa çempionatının gümüş medalına layiq görülüb.

Azərbaycan millisi 7 turda qələbə qazanıb, bir dəfə heç-heçə edib, yeganə məğlubiyyətini isə Avropa çempionu olan Bolqarıstan yığmasından alıb.

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi isə yarışı medalsız başa vurub. Yığma son turda İtaliya ilə heç-heçə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti