Bakı. Trend:
"Real" baş məşqçisi Karlo Ançelotti ilə müqaviləni yeniləyib.
Trend xəbər verir ki, "Real" italiyalı mütəxəssislə razılığı 2026-cı ilin iyun ayının 30-a kimi uzadıb.
2013-2015-ci illərdə də Madrid təmsilçisini çalışdıran Ançelotti 2021-ci ildən indiyədək bu postdadır. Onun rəhbərliyi altında "Real" 2021/22 mövsümündə İspaniya çempionu olub, həmçinin iki dəfə Çempionlar Liqasının qalibi olub.