...

Zamana ehtiyacım var, məşqçi olmaq istəyirəm - Vadim Vasilyevin son durumu (FOTO/VİDEO)

İdman Materials 12 Mart 2024 14:41 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev müalicəsini ev şəraitində davam etdirir.

Trend xəbər verir ki, 52 yaşlı ölkə çempionunun qonağı olan İdman.biz TV onun hazırkı durumu ilə maraqlanıb, veteran hücumçunun fikirlərini öyrənib.

Fevralın əvvəlində insult keçirən Vasilyev hər şeyə müalicəsindən sonra aydınıq gələcəyini bildirib. Onun sözlərinə görə, durumu yavaş-yavaş qaydasına düşür. Veteran futbolçu yenidən həkim müayinəsinə gedəcəyini, tam sağalmağı üçün zamana ehtiyacının olduğunu da deyib.

Vasilyev, həmçinin ölkə futbolunu izləməsindən, "Qarabağ"ın Avropa Liqasında "Bayer"lə şansından danışıb, millidə görmək istədiyi baş məşqçinin adını açıqlayıb.

Videonu təqdim edirik:

Xəbər lenti

Xəbər lenti