Bakı. Trend:
Bu sual hazırda hamını maraqlandırır.
Trend xəbər verir ki, bunu İdman.biz-ə “Qarabağ”ın hücumçusu Olavio Juninyo deyib.
27 yaşlı braziliyalı futbolçu adının müxtəlif klublarla hallanmasına münasibət bildirib. Onun sözlərinə görə, belə xəbərlərin yayılmasını normal qarşılayır.
Juninyo Avropa Liqasında “Bayer”lə görüşdə "Beşiktaş"ın idman direktoru Samet Aybabanın onu bəyənməsi və İstanbul təmsilçisinə transferinin gündəmdə olması xəbərinə də aydınlıq gətirib: “Bununla bağlı geniş şərh vermək istəmirəm. Mənim "Qarabağ"la müqaviləm var. Komandada və Azərbaycanda olmaqdan qürur duyuram. "Qarabağ"da xoşbəxtəm”.
Qeyd edək ki, bu mövsüm Juninyo "Qarabağ"ın heyətində meydana çıxdığı 43 matçda 23 qol və 7 asistlə yadda qalıb.