...

Milli komandada böyük rotasiya: Ronaldo qayıdır

İdman Materials 22 Mart 2024 09:48 (UTC +04:00)

Bakı. Trend:

Portuqaliya millisində böyük rotasiya aparılacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu yığmanın baş məşqçisi Roberto Martines açıqlayıb.

O bildirib ki, İsveçlə yoldaşlıq oyunundakı 5:2 hesablı qələbədən sonra 8 futbolçu komandadan ayrılacaq: "Bernardo Silva, Ruben Diaş, Joao Palinya, Nelson Semedu, Tote Qomeş, Rafael Leao, Bruno Fernandes və Qonsalo Ramuşa növbəti oyunda istirahət veriləcək. Səkkiz futbolçu yığmanın düşərgəsini tərk edəcək. Onları digər 8 oyunçu əvəz edəcək. Ümid edirəm ki, onlar ac və enerji ilə dolu olacaqlar".

Qeyd edək ki, Portuqaliyanın ulduzu Kriştiano Ronaldo da İsveçlə görüşü buraxıb. O, martın 26-da Sloveniya ilə baş tutacaq matçın hazırlığına qatılacaq.

Xəbər lenti

Xəbər lenti