...

Azərbaycan komandası Fransada bədii gimnastika üzrə Qran-pridə qızıl medal qazanıb

İdman Materials 31 Mart 2024 18:40 (UTC +04:00)
Azərbaycan komandası Fransada bədii gimnastika üzrə Qran-pridə qızıl medal qazanıb
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransada uğurlu çıxış edib.

Trend xəbər verir ki, Fransanın Tiye şəhərində keçirilən bədii gimnastika üzrə 35-ci Beynəlxalq Qran-pri yarışında qrup hərəkətləri üzrə milli komandamızın üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova 5 halqa ilə hərəkətlərin icrasında qızıl medal qazanıb.

Qeyd edək ki, martın 30-dan 31-dək Fransanın Tiye şəhərində bədii gimnastika üzrə Beynəlxalq Qran-pri keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti