...

Lunyov karyerasının çətin dövründən danışıb

İdman Materials 2 Aprel 2024 20:38 (UTC +04:00)

Bakı. Trend:

“Qarabağ”ın qapıçısı Andrey Lunyov karyerasındakı çətin anlardan danışıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, rusiyalı qapıçı “Bayer”də keçirdiyi dövrü xatırlayıb.

Lunyov “Sport-Ekspress” nəşrinə müsahibəsində bunları deyib: “Buna “Lunyovun dirçəlişi” deyə bilmirəm, çünki külə çevrilməmişdim. Bəli, müəyyən dövlərdə belə hallar olur. Zədə zamanı, ciddi rəqabət və rəqibinə güvən - bütün bunlar “Bayer”də baş verib. “Qarabağ”da oynamaq şansı yarandı və Avropa kuboklarında iştirak etmək imkanı qazandım”.

Qeyd edək ki, Lunyov “Qarabağ”ın heyətində 26 oyunda 35 qol buraxıb. Rusiyalı qapıçı Azərbaycan çempionu titulunu qazanıb.

Xəbər lenti

Xəbər lenti