...

Azərbaycan millisinin rəqibləri bəlli oldu (FOTO)

İdman Materials 4 Aprel 2024 17:41 (UTC +04:00)

Bakı. Trend:

Minifutbol üzrə 11-ci Avropa çempionatının püşkü atılıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Bosniya və Herseqovinada təşkil olunacaq AVRO-2024-ün 24 iştirakçısı 6 qrupa bölünüb.

Son Avropa çempionu olan Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Yığmamız F qrupunda yer alıb. Elşad Quliyevin yetirmələri qrup mərhələsində Fransa, İtaliya və Avstriya milləri ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-dən 9-dək keçiriləcək.

Xəbər lenti

Xəbər lenti