...

Bədii gimnastika üzrə Dünya Kuboku çərçivəsində Azərbaycan komandası “AGF Trophy” mükafatına layiq görülüb (FOTO)

İdman Materials 21 Aprel 2024 18:40 (UTC +04:00)
Bədii gimnastika üzrə Dünya Kuboku çərçivəsində Azərbaycan komandası “AGF Trophy” mükafatına layiq görülüb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası "AGF Trophy" mükafatına layiq görülüb.

Trend xəbər verir ki, mükafat Bakıda keçirilən Dünya Kubokunun yekunlarına görə təqdim olunub.

Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət komandamız beynəlxalq turniri 2 medalla başa vurub. Gimnastlarımız çoxnövçülükdə və 5 halqa ilə çıxışda bürünc qazanıb.

Fərdi yarışlarda Dünya Kubokunda 4 qızıl və 1 bürünc qazanan Darya Varfolomeyeva da "AGF Trophy" mükafatına sahib çıxıb.

Xəbər lenti

Xəbər lenti